Dünya

Meksikalı keçmiş Müdafiə naziri ABŞ-da tutuldu

Meksika Müdafiə Nazirliyinin keçmiş rəhbəri Salvador Sienfueqos Sepeda ABŞ-da tutulub.

Bu barədə Meksika Xarici İşlər Nazirliyinin rəhbəri Marselo Ebrard “Twitter”-də məlumat verib.

Onun sözlərinə görə, eks nazir Los-Anceles hava limanında saxlanılıb.

“Biz ona haqqı olan konsulluq yardımı göstərəcəyik”, – deyə Ebrard bildirib.

Nazir həbs olunma səbəbinin yaxın vaxtlarda aydınlaşdırılacağını da əlavə edib.

Meksika və ABŞ mətbuatının yazdığına görə, Enrike Pena Nietonun prezident olduğu dövrdə, 2012-2018-ci illərdə Müdafiə naziri vəzifəsində çalışan 72 yaşlı Sienfueqos ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) tələbi ilə tutulub.

DEA məsələ ilə bağlı açıqlama verməyib.

Sienfueqos Müdafiə naziri olduğu dövrdə Meksika ordusu tez-tez insan haqlarının pozulmasında ittiham olunub.

Onun dövrünün ən yaddaqalan qalmaqalı 2014-cü ildə Tlatlayadaki taxıl anbarında əsgərlərin 22 şübhəlini öldürməsi olub.

Aşkar edilib ki, şübhəlilərdən ən azı səkkizi təslim olduqdan sonra öldürülüb.

Related posts

Ermənistandan RƏSMİ ETİRAF – Azərbaycandan çox geri qalmışıq

Admin

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusu ilə bağlı AÇIQLAMA

Admin

İrandan Qarabağ açıqlaması

Admin

Leave a Comment