Azərbaycan

Şeyx: “Dünya ictimaiyyəti bir vaxtlar göz yaşı tökən ermənilərə artıq inanmır”

Bu müharibə dövründə bizi istəməyən və qarşı duran qüvvələr də var. Xalq birliyinin nəticəsində zəfər qazanacağıq”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə bir iradə çoxdan gözlənilirdi:

Bizə yalanlar danışırlar. 1991-ci ildə şəhidləri Təzə Pirə gətirirdilər və üzərlərində vandalizm izi vardı”.

“Biz güclüyük və öz torpaqlarımızı işğaldan azad edəcəyik. Müharibə başlayan vaxtdan mənim 100-ə yaxın dövlətə müraciətim olub. Çoxları bizim səsimizə səs veriblər.

Tezliklə müharibə bitər və o müraciətləri çap edəcəyik. Dünya ictimaiyyəti bir vaxtlar göz yaşı tökən ermənilərin tərəfində idisə, indi onlara inanmırlar”, – deyə şeyx qeyd edib.

A.Paşazadə əlavə edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması çoxdan gözlənilirdi:

“Biz 30 ildən çox məyus olmuşduq. Erməni keşişi ilə görüşəndə özümü məğlub hesab edirdim, bunu isə  büruzə vermirdim. Bu gün isə özümü qalib hesab edirəm. Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edir”

Related posts

Azərbaycanda iki erməniyə cinayət işi açıldı – RƏSMİ

Admin

İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım

Admin

Yevgeni Mixaylov: “Qarabağda baş verənlər Paşinyanın Soros rejimi təxribatlarına cavabıdır” – VİDEO

Admin

Leave a Comment