Səhiyyə

Azərbaycanda daha 528 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.

Related posts

Koronavirusa yoluxan Xarkov meri nitq qabiliyyətini itirdi

Admin

Məşhur həkim koronavirusu təyin etməyin ən sadə yolunu açıqladı

Admin

Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı: 11 nəfər öldü – FOTO

Admin

Leave a Comment