Azərbaycan

Baş prokuror: “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq”

Ermənistan silahlı qüvvələri məğlubiyyətə uğradıqca dinc əhaliyə qarşı atəşi artırır. Bu bəşəriyyət əleyhinə olan ağır cinayətdir”.

Bunu Baş prokuror Kamran Əliyev düşmən tərəfindən raket atəşinə tutulan Gəncədə hadisə yerində jurnalistlərə verdiyi açıqlamada deyib.

O bildirib ki, bu cinayətin həm hüquqi, həm də siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq:

“Azərbaycan rəhbərliyi bütün bunlara həm hərbi sahədə, həm də siyasi sferada layiqli cavab verəcək. Ermənistan çox ağılsız addım atır. Onların məqsədi Azərbaycanda dinc əhali arasında vahimə yaratmaqdır. Lakin Gəncə əhalisi, eləcə də, Azərbaycan xalqı mərddir, heç nədən qorxmur. Biz bu günləri də geridə qoyacağıq. Çox yaxında Qarabağda sevincimizi paylaşacağıq”.

Related posts

XİN: “Uzun müddətdir uşaqlar erməni təcavüzündən əziyyət çəkir” – VİDEO

Admin

Biz günahsız insanların qisasını döyüş meydanında alırıq – Prezident

Admin

Prezident İlham Əliyev: Bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır

Admin

Leave a Comment