Azərbaycan

Biz Füzuliyə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq – Prezident

Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtılə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilib.

Prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışaraq deyib: “İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.

Dövlətimizin başçısı bildirib ki, biz öz şərəfli missiyasımızı yerinə yetiririk. “Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Related posts

Oktyabrın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi və mənim mövqeyim elə idi ki, bu humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17-də yeni atəşkəs qüvvəyə mindi. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində Ermənistanın atəşkəsi davamlı olaraq pozması barədə danışarkən deyib. “İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş vermişəm ki, hələlik Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır”, – deyə dövlətimizin başçısı bildirib. Prezident qeyd edib ki, Ermənistanın bizim torpaqlardan, işğal edilmiş rayonlarımızdan çıxmasının vaxtı barədə konkret cədvəl verilməlidir. Ermənistan bu cədvəli verməyib. Əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz.

Admin

Müharibə şəraitində mühüm əhəmiyyətə malik xeyli sayda İlizarov aparatı ölkəyə gətirildi

Admin

Hikmət Hacıyev: “Gəncədə erməni təxribatını soyqırımı aktı kimi dəyərləndiririk”

Admin

Leave a Comment