Qarabağ

Ermənilər Ağcabədidə evə mərmi atdı, ev sahibi yaralandı

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan  verilən məlumata görə, 17.10.2020-ci il tarixdə saat 16 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir

Related posts

Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüləri yayıldı

Admin

Türk dövlətindən Azərbaycana BÖYÜK DƏSTƏK

Admin

XİN-dən “Euronews”un çəkiliş qrupunun düşmən hücumuna məruz qalması ilə bağlı paylaşım – VİDEO

Admin

Leave a Comment