Qarabağ

Gəncəyə dəhşətli düşmən hücumu nəticəsində ölən və yaralananların sayı artıb – VİDEO

Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket şəhərin digər yaşayış massivi olan Cavad Xan qəsəbəsinə düşüb.

Baku TV-nin hadisə yerinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nəticədə, beşə yaxın ev dağıdılıb.

Cavad Xan qəsəbəsindəki hadisə zamanı Maral adlı yaşlı qadının həlak olduğu bildirilir.

İlkin məlumata görə, ikinci raketin atıldığı ərazidə altı nəfər yaralanıb. Evlər tamamilə dağılıb. Avtomobillər dağıntıların altında qalaraq, yararsız hala düşüb. Raketin düşdüyü binaların yaxınlığındakı tikililər də ciddi ziyan görüb.

Hazırda axtarış-xilasetmə və dəyən ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır. Xalqtv.az

Related posts

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı – RƏSMİ + FOTO

Admin

Ermənistanda kişi qalmadı: Qadın könüllülər cəbhəyə göndərilir

Admin

Paşinyanın məğlubiyyəti və status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi – ŞƏRH

Admin

Leave a Comment