Azərbaycan

Mövlud Çavuşoğlu: “Ermənistanın törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinə ortaq olmaqdır”

Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinin bir hissəsi olmaq deməkdir”.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğalçı ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərində mülki yaşayış yerlərini raket atəşinə tutmasını, nəticədə, günahsız dinc sakinlərin ölməsini şərh edərkən bildirib.

“Ermənistan müharibə cinayətləri həyata keçirməyə, mülki şəxsləri öldürməyə davam edir. Uşaqlar da daxil olmaqla, günahsız insanları öldürür.

Bu vəhşiliyə susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar törətdikləri cinayətlərin cavabını verəcək. Hər zaman can Azərbaycanın yanındayıq”, – deyə Türkiyənin xarici siyasət qurumunun rəhbəri vurğulayıb. Xalqtv.az

Related posts

Hikmət Hacıyev: “Qonşumuzun qaniçən Ermənistan olduğu üçün bizi bağışla”

Admin

İlham Əliyev Azərbaycan xalqına müraciət edib – YENİLƏNİB+VİDEO

Admin

İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib

Admin

Leave a Comment