Azərbaycan Dünya

TÜRKSAM: Ermənistan Gəncədə müharibədə qadağan olunan raketləri istifadə edir – VİDEO

Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan Ermənistanın Gəncəyə hücumlarını kəskin şəkildə qınayaraq bunu bəşəriyyətə qarşı cinayət adlandırıb.

“Bakının vətəni işğaldan qurtarma əməliyyatı çərçivəsində məğlub olan və bunu aydın şəkildə görən Ermənistan rəhbərliyi Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək böyük bəşəri cinayət həyata keçirir”, – deyə o, bildirib.

O, ən son belə vəhşiliyin Xocalıda göründüyünü deyib: “Ancaq beynəlxalq çərçivədə müqayisə etsək, bunu serblərin Bosniyada həyata keçirdiyi vəhşiliyi ilə müqayisə edə bilərik”.

TÜRKSAM rəhbəri həmçinin Ermənistanın normal müharibədə istifadə edilməyən ən yüksək dağıdıcı gücə sahib, hardasa 1 ton ağırlığı olan SCUD raketlərindən istifadə etdiyini də vurğulayıb.

“Bu raketlər müharibədə bəlkə də ən son və ancaq hərbi obyektələr qarşı istifadə oluna biləcək silah olsa da, Ermənistan bunu gözü dönmüş bir şəkildə Gəncəyə, Mingəçevirə və başqa mülki yaşayış yerlərinə ata bilir”.

O, bu cür ballistik raketlərin adi bir ordu komandanının deyil, ancaq müdafiə naziri və ya baş nazirin təlimatı ilə atıla biləcək silah olduğunu da vurğulayıb:

“Bu onu göstərir ki, Ermənistanın baş naziri Paşinyan, müdafiə naziri Tonoyan bu cinayətləri ilə Beynəlxalq tribunalda cavab verəcək, soyqırımı aktı ilə əlaqədar mühakimə olunacaq”. Xalqtv.az

 

Related posts

Tilovuna timsah düşən balıqçının görüntüləri maraqla qarşılandı – VİDEO

Admin

İlham Əliyev “CNN-Türk” televiziyasına müsahibə verib – FOTO

Admin

İsraildə yaşayan dünya şöhrətli yazıçıdan Şuşa, Laçın ÇAĞIRIŞI

Admin

Leave a Comment