Azərbaycan

Zakir Həsənov və Hulusi Akar ermənilərin Gəncəyə xain hücumunu müzakirə etdi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə “Anadolu” Agentliyi xəbər yayıb.

Hulusi Akar işğalçı Ermənistan ordusunun gecə vaxtı Azərbaycanın iki böyük şəhərinə dinc sakinlərin yaşadığı yerlərə xain hücumunu kəskin qınayıb.

“Ermənistan müharibə cinayətləri törətməyə davam edir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr edir”, – deyə o bildirib.

Hulusi Akar Füzulinin işğaldan azad edilməsi və Azərbaycanın mülki yaşayış yerlərinə hücum edən Ermənistanın “Su-25” hərbi təyyarəsini vurması münasibətilə də təbrik edib.

Related posts

İlham Əliyev Vladimir Putinə zəng etdi

Admin

Firdovsi Umudovun 14 yaşlı qızından dünyaya ingilis dilində çağırış: “Bu, erməni terrorizmidir!” – VİDEO

Admin

Müharibə şəraitində mühüm əhəmiyyətə malik xeyli sayda İlizarov aparatı ölkəyə gətirildi

Admin

Leave a Comment