Qarabağ

Düşmənin Ağdama top mərmisi atması nəticəsində bir nəfər yaralandı

Ermənistan silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhaliyə qarşı cinayət əməllərini davam etdirir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 17.10.2020-ci il tarixdə saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələrinin Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması səbəbindən Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir. Xalqtv.az

Related posts

Gəncədə düşmən atəşi nəticəsində iki uşaq bağçasına ziyan dəyib

Admin

Ağdamda düşmən təxribatı: Qəsəbə atəşə tutuldu – VİDEO

Admin

Erməni polkovnik ağır yaralandı, oğlu isə məhv edildi

Admin

Leave a Comment