Dünya

Tramp yanlışlıqla Makronu baş nazir adlandırdı

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu baş nazir adlandırıb.

O.Miçiqan ştatında çıxışı zamanı Fransa liderinin vəzifəsini düzgün səsləndirməyib:

“Mən baş nazir olan Makronu çox sevirəm, amma bir dəfə ondan razılıqla bağlı vəziyyətin nə yerdə olduğunu soruşdum. Razılıqla bağlı işlər o qədər də yaxşı deyil”, – deyə ABŞ lideri İqlimə dair Paris razılaşması barədə danışarkən deyib.

Hazırda Fransada baş nazir postunu Jan Kasteks tutur. Onu bu vəzifəyə Emmanuel Makron özü təyin edib.

Qeyd edilir ki, 2017-ci ilin avqustunda ABŞ İqlimə dair Paris razılaşmasından çıxıb. Razılıq 2015-ci ildə imzalanıb və inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün 100 milyard dollar ayrılmasını nəzərdə tutur.

Related posts

Meral Akşenerdən Azərbaycana dəstək

Admin

Rusiyada dizel yanacağı çaya töküldü, fövqəladə vəziyyət elan edildi

Admin

Türkiyə səfiri: “Ermənistan terrorçuları Şimali İraqdan Qarabağa göndərib”

Admin

Leave a Comment