Hadisə+Cinay't

Türkiyəyə qarşı xain plan – Son anda üstü açıldı

Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.

Məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər. Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.
Çantanı maşının altına qoymaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

Related posts

Ölmüş şəxsi babaları bilib dəfn etdilər

Admin

Gəncə faciəsi: Məktəbi dağıdan raket şagirdlərinin də canını aldı – VİDEO

Admin

Neftçalada evdə yanğın olub

Admin

Leave a Comment