Image default
Azərbaycan Bölgələr Cəmiyyət XƏBƏR LENTİ

MSK sədri: Seçki Məcəlləsinə azı 10 gün qalmış səsvermə bülletenləri hazırlanmalıdır

Seçki Məcəlləsinə azı 10 gün qalmış səsvermə bülletenləri hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq.

Xalqtv.az AZƏRTAC istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Siyasi partiyalara müraciət edən MSK sədri bəzi yerlərdə siyasi partiyaların nümayəndələrinin qeydə alındığını söyləyib. “Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir”, -deyə MSK sədri bildirib.

Related posts

Azərbaycanda müəllim sinifdə “Məsti-xumar” mahnısına oynadı – VİDEO

Xalqtv

Ən çox bu rayonların polisindən şikayət var – SİYAHI

Xalqtv

Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək – SİYAHI

Xalqtv

Leave a Comment