Image default
XƏBƏR LENTİ

Kartof qızartması koronavirusdan qoruyur? – Kütləvi istehlak başladı

Belçikalılara kartof qızartmasına üstünlük vermələri tövsiyə edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNBC “Belgapom” kartof satıcılarının birliyinə istinadən məlumat verib.

Belçika “free” kartof qızartmasının vətənidir. Yemək ilk dəfə XVII əsrdə hazırlanıb. Koronavirus fonunda ölkədə məşhur kartof qızartmasını təklif edən bar və restoranlar bağlanıb. Tələbin düşməsi səbəbindən xeyli sayda məhsul artıq qalıb – 750 min tondan çox kartofun istehlak edilmədiyi təqdirdə atılmaq təhlükəsi yaranıb. Vəziyyətdən çıxmaq üçün birlik əhalini və avropalıları kartof yeməklərinə üstünlük verməyə, koronavirusun yaratdığı böhran bitməyincə həftədə ən azı iki dəfə rasiona daxil etməyə çağırıb.

Xatırladaq ki, pandemiya səbəbindən pivə sənayesinin də təhlükədə olduğu bildirilir. Ekspertlərin sözlərinə görə, kiçik pivə zavodları böhrandan qurtula bilməyəcək.

Related posts

Azərbaycanda tibb müəssisələrində jurnalistlər üçün yeni xidmət yaradılacaq

Xalqtv

Hər bir vətəndaş 90 MANAT ÖDƏYƏCƏK: aprelin 1-dən etibarən…

Xalqtv

Azərbaycanda qaz hasilatı xeyli artıb

Xalqtv

Leave a Comment