Image default
SOHW BIZNES

“Alatoranlıq”da oynayan aktyor və sevgilisi evində ölü tapıldı – FOTO

“Alatoranlıq” filmində epizodik rolu ilə tanınan aktyor Qreqori Tayri Boys sevgilisi ilə birlikdə evində ölü tapılıb.

Bu barədə “Variety” xəbər yayıb.

Polis 30 yaşlı Boysun və 27 yaşlı Natali Adepojunun cəsədini mayın 13-də aşkarlasa da, bu barədə ictimaiyyətə indi məlumat verilib.

Onların ölüm səbəbi açıqlanmır. Tayrinin 10 yaşlı qızı qalıb.

Qeyd edək ki, gənc aktyor “Alatoranlıq” filmində Talyer Krouli rolu ilə tanınmışdı. Həmçinin, 2018-ci ildə o, “Apokalipsis” qısametrajlı filmində Kovboy rolunu oynamışdı.

Anasının sözlərinə görə, Tayri Boys Los-Ancelesdə restoran açmaq və karyerasına burada davam etmək istəyib.

Related posts

Nataliya Oreyrodan bənzərsiz qələbə təbriki – VİDEO

Xalqtv

Məşhur aktrisa paylaşımı ilə hər kəsi güldürdü – FOTO

Xalqtv

Rusiyada məşhurlaşan azərbaycanlı aktyor: “Evdə də yarıçılpaq gəzirəm” – MÜSAHİBƏ + FOTO

Xalqtv

Leave a Comment