Image default
Dünya

Azər Talıbov Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib

Rusiyanın Baş naziri Mixail Mişustun Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Related posts

Bu tarixlərdə xaricdə olan vətəndaşlar Azərbaycana gətiriləcək – RƏSMİ

Xalqtv

Kosmosdakı düşmənlər – hərbi peyklər niyə bu qədər qorxuludur? – TƏHLİL

Xalqtv

Koronavirusun yayıldığı yerdən ŞAD XƏBƏR: xəstə qalmadı

Xalqtv

Leave a Comment