Image default
Hadisə

Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı – FOTO/VİDEO

Karantin rejimi qaydalarına əməl etməyərək, müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən – paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkar edilib.

Obyektdə olan səkkiz nəfər saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxslər tibbi maskalarla təmin edilib.

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələnib.

Related posts

Türkiyədə zəlzələ qurbanlarının sayı 38 nəfərə çatıb – YENİLƏNİB-4

Xalqtv

Kürdəmirdə əməliyyat – “Motu”nu tutdular – VİDEO

Xalqtv

Zaqatalada ev yandı

Xalqtv

Leave a Comment