Image default
Hadisə

Bakıda əməliyyat – Həbs edilənlər var – FOTO

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 43-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum olunmuş Ruhin Səttarov, Kübra Həsənova, Tərlan İsrafilov və Nəcəf Əsədi saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Related posts

Azərbaycanın sərbəst güləşçiləri Türkiyədəki turnir üçün toplanışa başlayıb

Xalqtv

Gəncədə 35 yaşlı kişi bıçaqlandı

Xalqtv

Kürdəmirdə zəncirvari qəza oldu, yaralılar var

Xalqtv

Leave a Comment